Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü qeyd olunmuşdur

19 noyabr 2014 | 16:00

Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci  ildönümü qeyd olunmuşdur. Bu məqsədlə keçirilən tədbiri YAP RT-nın sədri Həmid Pənahov açmış və  məruzə ilə çıxış etmişdir. O, YAP-ın yaradılması, bu günü və gələcəyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş və bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı YAP Azərbaycanın müstəqil dövlət kimi inkişafında, tərəqqisində, müstəqilliyimizin daimi, dönməz və əbədi olmasında misilsiz xidmətlər göstərmişdir.
İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb olduğu bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən  Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrilmişdir. Bu gün qürur hissi ilə deməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 650 mindən artıq vətəndaşımız birləşir. Bu, təkcə statistika deyil, həm də vətəndaşlarımızın Azərbaycanın bugünki reyallığına verdiyi qiymət və Prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərinin ifadəsidir. Biz əminik ki, Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və qələbələrə imza atacaqdır.
Tədbirdə Şura üzvü, rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Fərman Nağdalıyev, şura üzvləri Abbas Göyüşov, Nemət Əliyev, YAP RT-nın  Qadınlar Şurasının üzvü Tərlan Bədəlova, YAP Gənclər Birliyi RT-nın sədri Vüsal İsmayılov çıxış etmişlər və Yeni Azərbaycan Partiyasının  22 il ərzində keçdiyi şərəfli və tarixi yoldan danışmışlar.

Keçidlər