Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Dövlət Universitetinin Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması ilə əlaqədar tədbir keçirilib

20 sentyabr 2018 | 16:00

Bilik Günü və yeni dərs ilinin başlanması BDU-nun Qazax filialında təmtəraqla qeyd edilib. Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, filialın müəllim və tələbələri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra filialın direktoru, coğrafiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Vüsət Əfəndiyev giriş sözü ilə çıxış edərək universitetə yeni daxil olan tələbələri təbrik edib, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlamışdır. Yeni tədris ili ərəfəsində filialın tədris binası əsaslı şəkildə təmir olunmuş, müəllim və tələbələr üçün yüksək şərait yaradılmışdır. Filialın maddi-texniki bazası gücləndirilmiş, əyani və metodiki vasitələrlə təmin edilmişdir. Görülən işlərin və tədrisin səviyyəsinin yüksək olmasının nəticısidir ki, filialı seçən tələbələrin sayı ilbəil artmaqdadır. Əgər 2016-2017-ci tədris ilində filiala 139 tələbə daxil olmuşdusa, 2017-2018-ci tədris ilində bu rəqəm artaraq 389-a çatmışdır. Bu il isə 562 tələbə təhsil almaq üçün BDU-nun Qazax filialını seçmişdir. Ən diqqətçəkən cəhət odur ki, universiteti seçmiş tələbələrin əksəriyyəti qəbul imtahanlarında 500-600 baldan çox bal toplayanlardır. 
Sevindirici haldır ki, filialda ixtisasların da sayı get-gedə artır. Bu tədris ilində isə daha 4 yeni ixtisas da əlavə olmaqla 17 ixtisas  üzrə qəbul aparılmışdır.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək filiala yeni qəbul olan tələbələri səmimi qəlbdən təbrik edib, onlara öz tövsiyələrini verib.
Sonra filialın şöbə müdiri Qasım Əliyev BDU-nun rektoru, akademik Abel Məhərrəmovun filialın müəllim və tələbələrinə göndərdiyi təbrik məktubunu oxuyub.
Filialın baş müəllimi Heyran Vəkilova, qəbul imtahanlarında 640 bal toplamış       1 kurs tələbəsi Cəmilə Məmmədova, valideyn Nigar İsmayıllı tədbirdə çıxış edərək öz öz ürək sözlərini söyləyiblər.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək bal toplamış l kurs tələbələrinə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr, gül dəstələri verilib.  

Vəli VƏLİYEV
“Respublika”
20.09.2018-ci il

Keçidlər