Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərində “Bilik Günü” qeyd edilmişdir. İlk dərs vətənpərvərlik mövzusunda olmuşdur.

15 sentyabr 2014 | 15:00

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun ümumtəhsil məktəblərində də yeni dərs ilinin başlanması ilə əlaqədar “Bilik Günü “ qeyd olunmuşdur. Yeni dərs ili rayonun müəllim və şagirdləri üçün iki qat sevinc gətirmişdir. Bu il 3 yeni məktəb binası tikilmiş və yeni dərs ili ərəfəsində istifadəyə verilmişdir. Bundan başqa, 1 məktəb binasında və Qazax şəhərində ki, hər biri 100 yerlik 2 körpələr evi- uşaq bağçasında isə son tamamlama işləri aparılır. Bu dərs ilində rayonun 47 umumtəhsil müəssisələrində 11275 nəfər şagird təhsil alacaqdır. Onlardan 1145 nəfəri bu il birinci sinifə gedənlərdir.
Rayon İcra Haimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri “Bilik Günü” münasibəti ilə rayonun ümumtəhsil məktəblərində olmuşlar, müəllim və şagirdlərlə görüşmüşlər.Maraqlı kəçən görüşlər zamanı son illər rayonumuzda təhsil sahəsində əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər barədə danışılmışdır.Təhsilin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğu göstərilmiş,ölkə Prezidenti İlham Əliyev cənablarının bu sahəyə xüsusıi diqqət yetirdiyi,gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün hər cür şəraitin yaradıldığı bildirilmişdir.
Məktəblərdə ilk dərs vətənpərvərlik mövzusunda olmuşdur.
Rayonun bütün ümumtəhsil məkəblərində qeyd olunan “ Bilik Günü” bir sıra unudulmaz və yadda qalan anlarla zəngin olmuşdur.

 

Keçidlər