Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonun Ermənistanla sərhəddə yerləşən Bala Cəfərli kəndində yeni tikilmiş məktəb binasının açılışı olmuşdur.

12 sentyabr 2014 | 15:00

Yeni dərs ili ərəfəsində Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən,yeni tikilmiş Bala Cəfərli kənd ibtidai məktəbinin açılışı omuşdur. Toplantını giriş sözü ilə rayon İcra Hakiiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış, qarşıdan gələn yeni dərs ili münasibəti ilə müəllimləri, şagirdləri və valideynləri təbrik etmişdir. Sonra yeni məktəb binasının açılışını bildirən lent kəsilmişdir.
Çıxışlar olmuşdur.Bala Cəfərli kənd ibtidai məktəbin direktoru Yasəmən Quliyeva, valideynlər və kənd sakinləri çıxış edərək onlar üçün yaradılmış şəraitə, təhsilə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirmişlər.

Keçidlər