Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayon təhsil işçilərinin konfransı keçirilmişdir.

11 sentyabr 2014 | 15:00

     Qazax şəhərindəki Ədəbiyyat Muzeyində  rayon təhsil işçilərinin konfransı keçirilmişdir. Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov, Milli Məclisin deputatı Əhməd Vəliyev , Təhsil Nazirliyinin məsul işçisi İsaq Məmmədov , hüquq mühafizə orqanlarının rəhbərləri , İcra Aparatının şöbə müdirləri ,məktəb direktorları və təhsil işçiləri iştirak etmişlər. Konfrans iştirakçıları əvvəlcə, Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etmişlər və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir öz işinə başlamışdır. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmışdır.O, ötən dərs ilində respublikamızda və eləcə də Qazax rayonunda təhsil sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlardan bəhs etmiş və qarşıda duran vəzifələrdən danışmışdır. Sonra çıxışlar olmuşdur. Milli Məclisin deputatı Əhməd Vəliyev, respublika Təhsil Nazirliyinin məsul işçisi İsaq Məmmədov,rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev , Qazax şəhər 1 saylı orta məktəbin direktoru Bəsdi Ələkbərova, Qazax şəhər 5 saylı orta məktəbin direktoru Nəsibə Tağıyeva və başqaları öz çıxışlarında Qazax rayonunda təhsillə bağlı görülmüş işlərdən danışmışlar və ötən dərs ilinin yekunları barədə məlumat vermişlər.
    Axırda rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssələrinə qəbul olunmuş məzunları təbrik etmiş, onları və onların təhsil aldığı məktəblərin direktorlarını rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Keçidlər