Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq bağçasında təmir işləri sürətlə gedir

18 aprel 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən şəhər 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmirinə başlanılıb. Rayon rəhbərliyi təmir başlanan gündən mütəmadi olaraq bağça binasında olur, görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir.
Bu gün rayon rəhbərliyi aparılan təmir-bərpa işləri ilə tanış olmaq üçün bağçaya gəlib.
İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, binanın hər 2 mərtəbəsində söküntü işləri başa çatıb. Qeyd edib ki, sabahdan əsaslı təmir işlərinə başlanılacaqdır. Bu məqsədlə briqadalar yaradılıb.
Binada suvaq işləri görüləcək, qapı və pəncərələr, döşəmə və tavan yenisi ilə əvəz olunacaqdır. Mətbəx, sanitar qovşağı və sair köklü şəkildə təmir olunacaqdır. Binanın içərisində dəyişikliklər də aparılacaqdır.
İcra başçısı təmir işləri ilə ətraflı tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

Keçidlər