Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətənin Müdafiəsinə Hazıram!" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

17 aprel 2018 | 16:00

Bu gün Silahlı Qüvvələrin yaz çağırışına həsr olunmuş "Marş İrəli!" devizi altında "Vətənin Müdafiəsinə Hazıram!" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Qazax şəhər stadionunda keçirilən yarışda 20 orta ümumtəhsil məktəbindən 100 nəfər şagird iştirak edib.
Məktəblilər 100 və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma yarışları üzrə mübarizə aparıblar.
Yarışın nəticələrinə görə Çaylı kənd 1 saylı tam orta məktəbin komandası birinci, Alpout kənd tam orta məktəbin komandası ikinci, Qazax şəhər məktəb-liseyin komandası isə üçüncü yeri tutublar.
Yarışın qalibi olan komandalara rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom təqdim olunub.

Keçidlər