Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı “Göyəzən” qəzeti redaksiyasında olub

17 aprel 2018 | 16:00

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Göyəzən” qəzeti redaksiyasına gələrək mövcud şəraitlə yerində tanış olub.
“Göyəzən” qəzetinin və GOYEZEN.AZ saytın baş redaktoru Elçin İsmayıl rayon rəhbərliyinə qəzetin və saytın fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, istər qəzetin, istərsə də saytın geniş oxucu və izləyici kütləsi var. “Göyəzən” qəzeti 3000 tirajla ayda iki dəfə nəşr olunur. GOYEZEN.AZ saytı isə öz ətrafına 25000-dən çox izləyici toplayıb.
Bildirib ki, redaksiya inventarlarla və texniki avadanlıqlarla tam təmin olunub. Kollektivdə peşəkar jurnalistlər çalışır və onların peşəkarlığı sayəsində bütün məlumatlar operativ olaraq oxuculara çatdırılır.
“Göyəzən” qəzeti redaksiyasının yerləşdiyi inzibati binası, şəraiti, təminatı ilə ətraflı tanış olan İcra Başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər