Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətinə yerində baxılıb

17 aprel 2018 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov 16 aprel tarixində keçirdiyi fərdi qəbul zamanı şəhər sakinlərindən I qrup Qarabağ əlili Alıyev Namiq Famil oğlunu, şəhid qardaşı Əhmədov Amil Fərman oğlunu, “Tərəqqi” medallı Muradov Rəhim Murad oğlunu, Əməkdar məşqçi Əhmədov Azər Bayraməli oğlunu, II qrup Qarabağ əlili Mustafayev Bilal Maqsud oğlunu və Ağstafa rayon sakini Sadıqov Vəkil Məmməd oğlunu kollektiv şəkildə qəbul edib. Vətəndaşlar övladlarının əlbəyaxa döyüş idman növü ilə məşğul olduqları idman zalının genişləndirilməsi üçün qonşuluqda olan boş otağın verilməsini xahiş ediblər. İcra Başçısı vətəndaşları diqqətlə dinlədikdən sonra qeyd olunan məsələnin həlli ilə bağlı aidiyyatı üzrə tapşırıq verib.
Bu gün rayon rəhbərliyi həmin məsələ ilə əlaqədar qeyd olunan idman zalında olub.
Əməkdar məşqçi Azər Əhmədov İcra Başçısına onlara diqqət ayırdığına və köməklik göstərilməsi üçün tapşırıq verdiyinə görə minnətdarlığını bildirib. Sonra öz fəaliyyətləri barədə rayon rəhbərliyinə ətraflı məlumat verib.
Rəcəb Babaşov mövcud şəraitlə və uşaqların məşq prosesi ilə tanış olduqdan sonra idman zalının genişləndirilməsi üçün vətəndaşların xahiş etdikləri əlavə otağa baxıb. Həmin otağın zala birləşdirilməsi üçün aidiyyatı üzrə tapşırıq verib.

Keçidlər