Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur

17 aprel 2018 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə təmir olunması, yenidən tikilməsi istiqamətində mühüm işlər görür, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlindən gələni əsirgəmir.
Xəbər verdiyimiz kimi, rayon rəhbərliyinin tapşırığına əsasən şəhər 2 saylı uşaq bağçasının da əsaslı şəkildə təmirinə başlanılıb.
Əsas binada təmir aparıldığı üçün bağça müvəqqəti olaraq başqa ünvanda fəaliyyət göstərir.
Bu gün rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bağçanın müvəqqəti olaraq fəaliyyət göstərdiyi yeni ünvana gəlib. Rayon rəhbərliyi burada yaradılan şəraitlə yaxından tanış olub, tezliklə bağçanın əsas binasının hazır olacağını və orada hər cür şərait yaradılacağını bildirib.
  Daha sonra İcra Başçısı bağçanın əsas binasında aparılan təmir-bərpa işləri ilə tanış olub.
  İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, təmir işlərinə dünəndən başlanılıb. Qeyd edib ki, ilkin olaraq binanın hər 2 mərtəbəsində söküntü işləri görülür. 2 günə bu işi başa çatdıracaqlarını bildirib. Söküntü işləri başa çatdıqdan sonra əsaslı təmir işlərinə başlanılacaqdır.
İcra Başçısı təmir işləri ilə ətraflı tanış olduqdan sonra öz tapşırıq və tövsiyələrini verib.

Keçidlər