Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

17 aprel 2018 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov ərizələrinə əsasən bir qrup rayon sakinini qəbul edib. Vətəndaşlar müxtəlif məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət ediblər.
Şəhər sakini Hüseynova Səadət Səyad qızı ərizə ilə rayon rəhbərliyinə müraciət edib. İcra Başçısı vətəndaşa ünvanlı sosial yardımla əlaqədar köməklik göstərilməsi barədə göstəriş verib.
Çaylı kənd sakini Tağıyev Orxan Vaqif oğlu qəbulda olaraq rayon rəhbərliyindən həyat yoldaşı Tağıyeva Gülnar Famil qızının işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. İcra Başçısı G.Tağıyevanın kənddə bağça açılan zaman işlə təmin olunması ilə bağlı tapşırıq verib.
Aşağı Əskipara kənd sakini, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayan Alıyev Kamal Abbas oğlu nəvəsinin işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşa kompüter kursuna getməsi tövsiyə olunub. Sonra işlə təmin olunacağı bildirilib.
Kəmərli kənd sakini Yusifov Məzahir Cavad oğlunun, Quşçu Ayrım kənd sakini Bayramova Zenfira Zirəddin qızının, Bağanıs Ayrım kənd sakini Xasayeva Pəri İnayət qızının, Aslanbəyli kənd sakini Yunusov Füzuli Mirzalı oğlunun, şəhər sakini Əliyeva Şəbnəm Faiq qızının müxtəlif müraciətləri müvafiq olaraq cavablandırılıb.

Keçidlər