Şriftin ölçüsü :

Saytın rəngi :

Daşkəsən rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

10 aprel 2018 | 16:00

16 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 11:00-da Daşkəsən rayonunda  Mədəniyyət evində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən   rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.

Qazax rayon sakinləri (022)295-23-35 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.  

Keçidlər