Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

10 aprel 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək demək olar ki, həftənin bütün günlərində fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlər verir.
Cənab Rəcəb Babaşov bu gün də fərdi qəbul keçirib.
Rayon rəhbərliyi Ağköynək kənd sakini İsgəndərov Elşan Ayvaz oğlunu həyat yoldaşı İsgəndərova Mehbarə Fərman qızı ilə birlikdə qəbul edib. Vətəndaş bildirib ki, oğlu Elçin İsgəndərov qarşılaşdığı hadisə nəticəsində ağır bədən xəsarəti alıb. Eyni zamanda, hadisə törədən günahkarlar indiyə kimi cəzalandırılmayıb. Valideynlər rayon rəhbərliyindən övladlarının müalicə olunmasına və günahkarların tapılıb cəzalandırılmasına köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı valideynləri diqqətlə dinlədikdən sonra rayon səhiyyə müəssisələrinin rəhbərlərinə E.İsgəndərovun müalicəsinin yüksək səviyyədə aparılmasını tapşırıb. Eyni zamanda, günahkarların tapılıb cəzalandırılması istiqamətində də göstəriş verib.

Keçidlər