Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda maarifləndirici tədbir keçirilmişdir

11 yanvar 2018 | 16:00

Rayonun Aşağı Əskipara kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  layihəsi çərçivəsində “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açmış və İslam dininin sülh, həmrəylik və qardaşlıq dini olması, bu sahədə respublikamızda görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş uğurlar barədə toplantı iştirakçılarına ətraflı məlumat vermişdir.
Mövzu ətrafında QMİ-nin bölgə qazisi İlham Süleymanov,  məktəbin direktoru Yaşar Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ceyhun Rüstəmov və başqaları çıxış etmişlər.
Sonda  müəllim və tələbələrin sualları cavablandırılmış və “Şəhadət” filmi nümayiş olunmuşdur.

Keçidlər